Azərbaycanlı qanuni oğru istintaqda belə davrandı- VİDEO

img

10-10-2015 [12:03]


Moskvada həbs edilən azərbaycanlı qanuni oğru Zaur Naxçıvanskinin yeni görüntüləri yayılıb.   

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə video Yutub sosial şəbəkəsində yerləşdirilib. Görüntülərdə müstəntiqin Zaur Naxçıvanskiyə ünvanladığı suallar yer alıb. Qanuni oğru isə bu suallardan heç birinə cavab verməyəcəyini deyib.   

Qeyd edək ki, Zaur Naxçıvanski oktyabrın 8-də Moskvada kriminal avtoritetlərin təşkil etdiyi sxodka zamanı yaxalanıb. Saxlanılan zaman onun üzərindən xeyli miqdarda heroin tapılıb. O, Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilir. Hətta bəzi mənbələr Naxçıvanskini Rövşən Lənkəranskinin taclandırdığını bildirirlər.   

Zaur Naxçıvanski məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. O, 2006-cı ilin aprelində Moskvada digər azərbaycanlı qanuni oğru Hikmət Muxtarovla birgə güllələnərək qətlə yetirilib. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA