08-10-2015 [17:46]
Bakının Dübəndi qəsəbəsində yerləşən üç mərtəbəli villanın birinci mərtəbəsində narkotik plantasiyası salınması ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.
APA TV-nin əldə etdiyi məlumata görə, villa 1982-ci il təvəllüdlü Ağabalayev Səid Şahmar oğluna məxsusdur. Saxlanılan bu şəxsin Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin sabiq baş məsləhətçisi Şahmar Agabalayevin oğlu olduğu bildirilir.
Şahmar Ağabalayev ixtisasca botanikdir. O, "Miçurin" mükafatına və 2012-ci ildə dövlət mükafatına layiq görülüb. İstintaq araşdırmaları zamanı o da məlum olub ki, onun oğlu Səid Ağabalayev 5 ildir narkotik vasitələrdən istifadə edir və narkotik bitkilərin demək olar ki, bütün növlərini tanıyır.
Mütaliə etməyi sevən Səid Ağabalayev xarici ölkələrin birində təhsil alıb və bir neçə dövlətdə olub. O istintaqa verdiyi ifadəsində villanın birinci mərtəbəsində əkdiyi narkotik xassəli bitkilərin toxumlarının xaricdən gətirildiyini deyib. Onun Yasamal rayonunda yerləşən digər mənzilindən isə narkotik bitkilərin adları əks olunan kitablar aşkarlanıb.
Buna rəğmən, Səid Ağabalayev dibçəklərdə əkdiyi narkotik xassələri bitkilərə aqrotexniki qaydada kimin qulluq etdiyi açıqlamayıb:
- Heç nə deyə bilmərəm. Bu barədə heç bir informasiya verə bilmərəm.
- Bu bitkiləri sənin evində kimsə gəlib əkib?
- Ola bilər. Qoy polis aydınlıq gətirsin. Hər şey ola bilər...
İstintaq çəkilişlərindən içərisi plantasiyaya çevrilmiş evin yüksək zövqlə inşa olunduğu görünür. Mənzilin 2-ci və 3-cü mərtəbəsinə keçmək ilk cəhddən mümkün olmayıb. Bunun üçün əməliyyatçılar kitab rəfini xatırladan mebelin orta qapısını açmalı olublar. Evin demək olar ki, hər küncü kameralarla təchiz olunub.
Səid Ağabalayevin sürücüsü və narkotik vasitələrin satışında kuryerlik edən Əliyev Əkrəm Malik oğlu bu evdə qeyri rəsmi münasibətdə olduğu qadınla yaşayıb. Evin təmizliyinə və yeməklərin hazırlanmasına adı istintaq tərəfindən açıqlanmayan qadın məsuliyyət daşıyıb. İlkin ehtimala görə, narkotik vasitələrin bir qisminin paylanmasına sürücü Əkrəm Əliyev nəzarət edib. Saxlanılan zaman onun üstündən də narkotik vasitə aşkar edilib. Əkrəm Əliyev üzərindən tapılan narkotik maddənin ona məxsus olmadığını deyir: "O mənim deyil... Çantamda qalmışdı... Toyda vermişdilər. Uzun müddət idi çantamda qalımışdı”.
Qeyd edək ki, qeyri-adi plantasiyanın aşkarlanması əməliyyatını Yasamal Rayon 26-cı polis bölməsinin əməkdaşları həyata keçiriblər. Mənzilin birinci mərtəbəsində qapalı məkanda parkı xatırladan plantasiya aşkarlanıb. Dibçəklərdə əkilmiş narkotik xassəli bitkilər, laboratoriya qurğuları, təhlükəsizlik kameraları, sulayıcı və soyuducu cihazlar artıq ekspertizaya təhvil verilib.
Onu da qeyd edək ki, plantasiyada hər bir dibçək üçün xüsusi istilik sistemi quraşdırılıb. Narkotik bitkilərin yetişdirilməsi xüsusi mexanizmlə həyata keçirilib. Gün ərzində 70 dərəcə temperaturu müntəzəm saxlayan qurğu bir neçə saatdan sonra qəflətən sönür və bitkilərə digər sistem vasitəsi ilə qəflətən soyuq hava vurulur. Nəticədə süni şeh yaranır və dibçəkdəki narkotik bitkilər nəzərdə tutulduğundan daha tez yetişir.
APA TV-nin əldə etdiyi məlumata görə, artıq bu qeyri-adi plantasiya işi ilə bağlı daha 3 nəfər Yasamal rayon Polis İdarəsinə çağırılıb və dindirilib. Dəstənin əhatə dairəsinin daha geniş olduğu istisna olunmur. Plantasiyanın sahibi Səid Ağabalayev və onun sürücüsü Əkrəm Əliyev artıq Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb. Araşdırmalar davam edir.
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır