Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetindən getdi - Açıqlama

img

08-10-2015 [16:52]


Millət vəkili Bəxtiyar Sadıqov "Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsindən istefa verib.

Mia.az xəbər verir ki, bu barədə AzVision.az-a B.Sadıqov özü bildirib. 

O qeyd edib ki, qəzetin baş redaktorluqdan istefasına səbəb özünün təbliğat-təşviqat qrupuna rəhbərlik etməsidir: "Seçki Məcəlləsinin tələblərinə görə, deputatlığa namizəd qəzet rəhbərləri təbliğat-təşviqat dövründə istefa verməlidirlər. Bu ondan irəli gəlir ki, mən qəzet baş redaktoru olaraq, bu üstünlükdən rəqiblərimə qarşı istifadə edə bilərəm. Bunun qarşısını almaq üçün Seçki Məcəlləsinin tələblərinə əməl edərək "Azərbaycan” qəzetinin baş redaktorluğundan istefa vermişəm”. 

B.Sadıqov əlavə edib ki, oktyabr ayının 6-dan qəzetə I müavini Amil Novruzov rəhbərlik edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA