“Kanaltürk”, “Samanyolu TV”... - Fətullah Gülənə məxsus 7 telekanal bağlandı

img

08-10-2015 [13:05]


Prokurorluq 7 telakanalını bağlatdırıb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, kanallar Ankara Baş Prokurorluğunun göstərişinə əsasən yayımdan çıxarılıb. "Dijitürk”dən verilən açıqlamada bu barədə yayım şirkətinə məktub daxil olduğu bildirilib:  

"Hörmətli izləyicilərimiz,  

Ankara Respublika Baş Prokurorluğu, "Konstitusiya nizamına qarşı olan cinayətlər bürosu” tərəfindən şirkətimizə məktub daxil olub.   Məktubda qeyd edilən "Kanaltürk”, "Samanyolu TV”, "Mahtab TV”, "S xəbər (Samanyolu Xəbər)”, "Bu gün TV”, "Yumurcak TV” və "Çay TV” kanalları qanunun tələbinə uyğun olaraq platformamızdan çıxarılıb”.

Xatırladaq ki, adıçəkilən kanalların hamısı Fətullah Gülənə bağlıdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA