Vergilər Nazirliyi İsgəndər Xəlilovun şirkətini məhkəməyə verib

img

08-10-2015 [10:55]


Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Svit Haus” Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report”un xəbərinə görə, departament MMC-nin siyahıya alınmış əmlakının satılması tələbini irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Svit Haus” çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. Şirkət "Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin "Svit Haus”un əsas sahibinin C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA