“Finca Azerbaijan”ın filialında korrupsiya - Baş Prokurorluq

img

05-10-2015 [18:19]


Baş Prokurorluq daha bir kredit mənimsəməsinə dair cinayət işinin icraatıa başlayıb.

Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, "Finca Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının vəzifəli şəxsinin qanunsuz əməlləri barədə həmin təşkilatdan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı qeyd olunan təşkilatın Şirvan filialında 2012-2014-cü illərdə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Pərviz Ələkbərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək filialın bir sıra müştərilərinin adlarına rəsmiləşdirilən kredit məbləğlərini, habelə verilmiş kreditlər üzrə müştərilər tərəfindən həyata keçirilmiş ödənişləri, ümumilikdə 86 min manat məbləğində mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA