Qazaxda ailə faciəsi - Arvadını öldürən ər valideynlərinə xəbər göndərdi

img

05-10-2015 [17:04]


Dəhşətli ailə faciəsi Qazaxın Kəmərli kəndində baş verib.

Mia.az Region TV-yə istinadən xəbər verir ki, bıçağı əlinə alan 29 yaşlı Ramin Rəhimov 23 yaşlı arvadı Aygünə bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Məlumatda bildirilir ki, Rəhimovlar ailə qurduqdan sonra bir müddət paytaxtda yaşayıblar. Bir neçə gün öncə ailə başçısı doğma kəndlərinə qayıtmaq qərarına gəlib. Elə qətli də Kəmərlidə, öz yaşadığı evdə törədib. Hadisədən sonra Ramin həyat yoldaşının qohumlarına zəng vuraraq, gəlib qızlarını aparmasını tələb edib, daha sonra isə polisə təslim olub. Qohumları Kəmərliyə çatanda 23 yaşlı gəlinin qətlə yetirildiyini biliblər.

Cinayətin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA