Azərbaycanlı rektor həbs edildi

img

05-10-2015 [15:02]


Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.


Bu barədə R. Əliyevin yaradıcısı olduğu saytın işçiləri sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilib ki, bu gün İnterpolun əməkdaşları R. Əliyevin işlədiyi ofisə gələrək onu tutublar. O, Almaniyanın Nürnberg həbsxanasına aparılıb.

Qeyd edək ki, İnterpol R. Əliyevin Azərbaycan tərəfindən axtarışa verilməsi barədə bu ilin may ayında məlumat yayıb. Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA