Sumqayıtda maşın dayanacağa girdi - yaralılar var

img

01-10-2015 [20:17]


Sumqayıt şəhərində yol-nəqliyyat qəzası baş verib.

Mia.az-ın report-a istinadən xəbərinə görə, 11-ci mikrorayonda "Priora” markalı avtomobil avtobus dayanacağına girib.

Hadisə nəticəsində dayanacaqda duran iki nəfər yaralanıb. Onlar "Təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Yaralıların vəziyyənin ağır olduğu bildirilir. Onlardan birinin üzərinə dayanacağın qırılan şüşə layı düşüb.

Avtomobildə olan şəxslər xəsarət almayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA