Beynəlxalq Bank işində yeni faktlar; Milyardları oliqarxlara müqaviləsiz veriblər

img

30-09-2015 [19:39]


"Kredit oliqarxlarının” işi barədə daha bir qalmaqallı nüans üzə çıxıb.

Mia.az virtualaz.org saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı milyardlarla dollar krediti oliqarxların bir çoxuna onlarla borc müqaviləsi imzalanmadan ayırıb.

Saytın yaydığı məlumata görə, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında müstəntiqlər oliqarxları Beynəlxalq Bank qarşısında kredit öhdəliklərinə dair yeni müqavilələr imzalamaq üçün "dilə tutur”.

"Kredit oliqarxları”nın işi üzrə vəkillər aydınlaşdırıblar ki, bu işdə adı keçənlərdən yalnız biri - Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov kredit əvəzində daşınmaz əmlak girov qoyub. Qalanların əksəriyyəti isə milyardlarla dollar krediti heç bir girov qoymadan əldə ediblər. İndi Beynəlxalq Bankın rəhbərliyinin bu "səhvini” müstəntiqlər düzəltməyə çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA