Azərbaycanda oğul atasını armaturla döydü

img

28-09-2015 [22:18]


Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib. Mia.az-nın APA-ya istinadən məlumatına görə, Xaçmaz şəhər sakini 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov oğlu 1983-cü il təvəllüdlü Namiq İbrahimov tərəfindən döyülüb. Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəmnində oğlu atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimov kəllə beyin travması, baş beynin əzilməsi, təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA