28-09-2015 [11:18]
Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarması haqda məlumat var. Sensasion sayıla biləcək məlumata görə, Heydər adam oğurlayan bandanın əsas başçılarından biridir.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın bu haqda yaydığı xəbərdə bildirilir ki, Heydər və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır. Onlar Bakıda kirayə evlərdə yaşayıblar. Banda Gürcüstanda bir zəngin biznesmenin xanımını oğurlayıb. Belə məlumat var ki, qadının geri qaytarılması üçün yaxınlarından 4 milyon dollar tələb olunur. Məlumatda bildirilir ki, banda üzvlərinin bir çoxu Gürcüstandakı cinayətdən sonra Azərbaycan ərazisinə keçiblər. Oğurladıqları qadının harada saxlanıldığı isə bilinmir. Onu Gürcüstan ərazisindəki gizli ünvanda saxladıqları ehtimal olunur.
Bandanın Azərbaycan ərazisində də fəaliyyətdə olduğunu söyləməyə əsas verən xəbər də var. Belə ki Bakıda baş tutan nişan mərasimlərindən birindən bir uşaq oğurlanıb. Həmin uşağın istefada olan bir generalın nəvəsi olduğu bildirilir. Generalın yaxınlarının hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri haqda məlumat yoxdur.
Azərbaycan hüquq-mühafizə orqanları bandanın izinə düşə bilib. Heydərin Sumqayıtda yaşayan qohumları və əmiləri tutulub. Corat və Pirşağı bağlarında da keçirilən xüsusi əməliyyatlar zamanı bandanın bir neçə üzvü yaxalanıb.
Heydər də daxil olmaqla bandanın rəhbərliyində olan bir neçə şəxs qaça bilib. Onların qeyri-leqal yollarla Gürcüstan ərazisinə keçdiyi deyilir. Belə ki Sumqayıtda və bağ massivlərində baş tutan əməliyyatlardan sonra Gürcüstanla həmsərhəd olan Balakən rayonunun ərazisindən banda üzvlərindən biri Gürcüstanda oğurladıqları qadının yaxınları ilə telefonla əlaqə saxlayıb. Telefon danışığının baş tutduğu ərazini müəyyən edən hüquq-mühafizə orqanları dərhal ora yollanıblar. Belə aydın olub ki, banda üzvü Gürcüstana Balakən meşəsindən zəng edib.
Tutulan banda üzvlərindən alınan ifadələrdən belə məlum olub ki, onlar oğurladıqları şəxsləri Heydərə təhvil veriblər. Bundan sonrası haqda isə Heydər onlara hər hansı bir məlumat verməyib. Oğurlanmış şəxslərin saxlanıldığı ünvanlar haqda banda üzvlərində məlumat olmayıb. Ən maraqlı məqamlardan biri isə dəstənin rəhbərliyində "Hacı” adlı şəxsin olmasıdır.
Gələn məlumatlara əsasən söyləmək olar ki, oğurlanan şəxslərin yaxınları ilə danışıqlar "Hacı” vasitəsi ilə aparılıb, Heydər isə oğurlanmış şəxslərin saxlanılması ilə məşğul olub.
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon