Caqa: "Toylarda oxuyan "sex müğənnisi" deyiləm"

img

28-09-2015 [00:00]



Çoxdandı gündəmdən kənar düşən jurnalist-müğənni Cavanşir Babəlioğlu fəaliyyətindəki durğunluqdan bəhs etdi. Bir vaxtlar bəstələri ilə tanınan, daha sonra adını dəyişib, Caqa kimi müğənnilik fəaliyyətinə başlayan ifaçı hər şeyin maddiyatla bağlı olduğunu bildirdi:

"Bu gün hətta deputat olmağa da pul lazımdı. Təbliğat - təşviqat kompaniyasını pulsuz necə eləmək olar? Bu gün nə isə kiçik və ya böyük biznesi qurmaq üçün də pul lazımdı. Bu gün hansısa xəbər saytını yaratmaq, o saytın oxunaqlı olması üçün reklamını düzgün təşkil etməyə də pul lazımdı. Eləcə də sənətdə pulsuz heç nə eləmək mümkün deyil. Nə isə yolumu bağlayanlara əhəmiyət vermədən sənətimdə nə isə iş görmək istədim, o da olmadı. Çünki davamını gətirmək üçün daha böyük işlər görmək lazım idi ki, pulsuzluqdan heç nə eləmək olmadı, sən demə şou- proqrama, toya da hətta pulu, bahalı maşını olanları çağırırlar. Qaldı ki, mən gündəlik toylarda oxuyan "sex müğənnisi" deyiləm. Daha doğrusu onu bacarmıram. Mən zamanın tələbinə uyğun mahnıları həm hazırlamaq , həm istədiyin səviyyədə təqdim etmək istəyirəm ki, bunu etmək üçün də əlimdə kapital olmalıdı. Kapital olduqdan sonra burada heç nə eləmərəm. Ən azı Türkiyə və ya Rusiyadan başlayaram. Çünki, Türkiyədə və ya Rusiyada istənilən ifaçı üçün asandı, onları öz milyonlarla tamaşaçılarından əlavə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan dinləyir, izləyir, hətta dəvət edib, pul qazandırır. Hələ Ərəbistan, Almanya, Hollandiyada da reklam olunub, pul qazana bilirlər. Adamlar reklam işini yaxşı bilirlər. Amma bir şey də varki, Onlar da Avropada yüksək səviyyədə reklam istəyirlər, bu da onlarda yəqinki kapitalla bağlı alınmır. Bəlkə də buna maraq göstərmirlər, çünki avropadan gəlir əldə etmirlər, necəki bizdə toyxana ifaçıları, toydan pul qazananlar böyük reklama pul xərcləmək istəmirlər ki, onsuzda toydayıqda... Eləcə də onlar, onsuzda özlərindən və özlərinə qədər ölkələrdən qazanırlar da. .. Nə isə, yəni kapital olsa, gözəl zövqlü, müasir mahnılarla tərz yaradıb, türk və ya rus musiqi kanallarında istədiyin reklamı edib, yaxşı qazana bilərsən... Pulu boş boş bizim efirlərə xərcləyib , sonda niyə istədiyim qədər sevilmədim və ya qazanmadım deməkdənsə, ağılla iş görmək, düzgün reklam və zövqlü repertuar seçməklə, istədiyin nəticəni almaq olar. Bu gün əlində kapital olsa, hətta MTV səviyəsində də ulduz ola bilərsən. Səsin nə boyda olursa, olsun, istədiyin səviyyədə reklam olunduqdan, 2-3 mahnın sevildikdən sonra onsuzda adın SƏNƏTKARDI. Bu dünyanın hər yerində belədi. Yoxsa hansısa müsabiqədə və ya bu tip verilişlərdə çıxardıb səni 3-4 ay bağırdıb, sonra yola salırlar, nəticədə ortada qalırsan. Mənim kapitalım olsa, mən istədiyimi edərəm. Amma maləsəf, yoxdu deyə heç nə edə bilmirəm. Çox şükür Allahın məsləhətinə, doğma əzizlərimlə yaşayıram. Rahatam. Sağlıqdı. Dostlarım var, arada onlarla görüşürəm. Arada gəzməyə çıxıram. Ac qalmırıq ki, Allah ruzi yetirir , yeyib içirik. Geyinib gəzirik. Şükrümüzü layiqincə edirik. Allahın məsləhətinə çox şükür. Həyatımdan məmnunam. Allah hər kəsə hidayət, ağıl, sağlam can, uzun ömür, halal, ruzi-bərəkət bəxş eləsin, kömək olsun! Düz, sağlam həyat tərzi, Xoşbəxtlik arzulayıram hamıya. Mənim üstümdə uşaq köşək yoxdu deyə rahatam. Belə də buradan getmək istəyirəm, hara, necə, onu da Allah bilir. Nə xeyrlidi nəsib etsin İnşaAllah, biz istəməklə deyil ki, Allah özü yol açır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?