Gəlin evi yandırdı, özünü də binadan atıb öldürdü - Bakıda+Foto

img

26-09-2015 [23:23]


8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birindəki yanğın bir nəfərin ölməsinə səbəb olub.

Mia.az-ın musavat.com-a istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə, evdə baş vermiş yanğını K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: "Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır " - deyə mərhumun atası bildirib.

Gəlin evi yandırdı, özünü də binadan atıb öldürdü  -  Bakıda+Foto
Gəlin evi yandırdı, özünü də binadan atıb öldürdü  -  Bakıda+Foto


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA