DİN əməliyyat keçirdi - Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

img

25-09-2015 [16:50]


Azərbaycanın cənub bölgəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Tahir Şəmsəddin oğlu Babayev 100 ədəd kibrit qutusunda ümumi çəkisi 319,78 qram olan narkotik vasitəni - marixuananı satarkən yaxalanıb. 

Faktla bağlı toplanmış materiallar müvafiq qərar qəbul olunması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilib və ətrafında əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA