28 yaşlı gənc iki rəfiqəni zorladı; Sonra boğaraq öldürdü

img

25-09-2015 [16:00]



Rusiyanın Otradnoye şəhərində iki rəfiqəni zorlayan və onlardan birini öldürən Azərbaycan vətəndaşının məhkəməsi başlayır.

Mia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir il əvvəl Kirovsk rayonunun Otradnoye şəhərində baş verib.

Araşdırmalar nəticəsində məlum olub ki, 28 yaşlı Azərbaycan vətəndaşı iki rus rəfiqəsi birgə ilə yerli kafelərin birində spirtli içki içiblər.

Gənc oğlan qadınlardan birini söhbət etmək üçün kafedən çölə çağırıb və burada onu zorlayıb. Hadisə zamanı qadın ciddi müqavimət göstərdikdən, oğlan onu boğmağa başlayıb.

Qadın huşunu itirdikdən sonra gənc kafeyə qayıdıb və ikinci qızı çölə çıxardaraq zorlayıb və daşla ölənə qədər döyüb.

Bu zaman birinci zorlanan qadın ayılıb və polisə zəng vurub. Polis gənci elə hadisə yerindəcə saxlayıb.

Sonradan onun Rusiyada tikinti işində çalışdığı məlum olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA