Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

img

23-09-2015 [14:14]


Tərtərdə qətl hadisəsi baş verib. Mia.az-ın Report-a istinadən xəbərinə görə, rayonun29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb.

Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F. Zeynalov ailəli olub və qaçırdığı T. Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlarbir yerdə yaşayıblar.Bu gün isə qadınlar arasında mübahisə düşüb.Mübahisə davayaçevrilib. Bu zamanF. Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.

Hadisə iləbağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə)maddəsi ilə cinayət işi açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA