Bakıda 14 yaşlı məktəbli qız intihar edib

img

21-09-2015 [12:19]


Azərbaycan paytaxtında məktəbli qız intihar edib.

Bakının Nəsimi rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, sentyabrın 20-də rayon sakini, 2001-ci il təvəllüdlü Nəzrin Rəhman qızı Məmmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, ailə üzləri tərəfindən təcilli olaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətdən xəstəxanada ölüb.İntihar edən qızın orta məktəbdə oxuduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA