AŞ PA nümayəndələri seçkilərlə bağlı Azərbaycana gəlir

img

18-09-2015 [15:56]


Xordi Huklun (İspaniya) başçılıq etdiyi AŞ PA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycana səfər edəcək.

Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, nümayəndə heyətinin üzvləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın gedişini qiymətləndirəcəklər.

Nümayəndə heyəti parlamentin spikeri, Azərbaycanın siyasi partiyalarının, eləcə də parlamentdə təmsil olunmamış müxalif partiyaların liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.

AŞ PA nümayəndə heyəti səfərin yekunu üzrə bəyanat verəcək. Nümayəndə heyətinin tərkibinə, həmçinin Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Bağış (Türkiyə) və AŞ PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Aqustin Konde daxil olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA