"Partiya məsləhət bilib ki, deputat olmayım..." - Deputat

img

18-09-2015 [14:25]


Deputat Qalib Salahzadə Həcc ziyarətini parlament seçkilərinə görə yarımçıq qoyub Azərbaycana qayıtması xəbərinə münasibət bildirib. 

Bu barədə açıqlama verən deputat bildirib ki, yayılan xəbərlər şaiyədir.

Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoymadığını, bütün şərtlərə əməl etdiyini vurğulayıb:

"Gördüm burada haqqımda müxtəlif şayiələr yayılır. Bunlara son qoymaq üçün Həcc ziyarətinin bütün əməllərini yerinə yetirib, geri dönmüşəm. Bəyan edirəm ki, heç bir problem yoxdur, partiyanın verdiyi qərara tabeyəm.

Mən partiyamın əsgəriyəm. Partiyam məsləhət bilib ki, deputat olmayım. Deməli olmamalıyam. Mənim partiyam generaldır. İndi əsgər generalın əmrini icra etməməlidir? Ona görə də haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Deputat olmaq barədə isə düşünmürəm"(azvision)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA