Daha bir deputat rektorluqdan imtina etdi

img

18-09-2015 [14:12]


Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyev noyabrın 1-də keçiriləcək seçkilərə qatılmaq üçün namizdliyini rəsmən irəli sürüb.

Bu barədə AzVision.az-a millət vəkili özü məlumat verib.

Deputat bildirib ki, bitərəf olaraq 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

"Bununla dördüncü dəfədir ki, namizədliyimi irəli sürürəm. Yerli sakinlərdən də müraciətlər var ki, seçkilərə qatılım. Bu müraciətləri nəzərə alaraq namizədliyi irəli sürdüm”.

E.Quliyev deputat seçiləcəki təqdirdə rektorluqdan imtina edəcəyini diqqətə çatdırıb.

"Unversitetdə kafedra müdiri olaraq çalışıram və elmi fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Milli Məclisdə işimiz çox olur. O baxımdan düşünürəm ki, bir yerdə işləmək daha yaxşı olardı”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA