"Mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var..." - Amaşov namizədliyindən danışdı

img

18-09-2015 [14:09]


"Milli Məclis canlı orqanizmdir. Orada bütün orqanların funksional fəaliyyət göstərməsi zəruridir, həyati prosesdir. Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür".

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Feysbuk səhifəsində yazıb. MŞ sədri qeyd edib ki, media cəmiyyətin güzgüsüdür:

"Onun problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir”.

Ə.Amaşov 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürməsinə aydınlıq gətirib:  

"Bütün rayonlarda dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı Seçki Dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Çox çətin olacaq. Amma inanıram ki, uğur qazana bilərəm”.

Xatırladaq ki, 62 saylı Saatlı Seçki Dairəsindən uzun müddət akademik Cəlal Əliyev millət vəkili seçilib. Akademik bu seçkilərdə namizədliyini irəli sürməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA