Zeynəb Xanlarova deputatlığa namizəd oldu

img

18-09-2015 [11:43]


Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, bu barədə "Report"a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.

O bildirib ki, bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.

Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA