Fəttah Heydərov yenidən namizəd oldu

img

17-09-2015 [16:26]


Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 116 saylı Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, bu barədə "Report"a 116 saylı Qəbələ Seçki Dairəsinin sədri Ramiz Əsədov bildirib.

O deyib ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün indiyədək 116 saylı Qəbələ Seçki Dairəsinə 8 nəfər müraciət edib, onlardan 6-na imza vərəqi verilib: "Namizəd olmaq üçün müraciət edənlərin arasında Fəttah Heydərov da var".

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 116 saylı Qəbələ Seçki Dairəsindən namizəd irəli sürməyib.

F.Heydərov 1995-ci ildən deputatdır. O, ard-arda 4 dəfə Milli Məclisin deputatı seçilib və hazırda parlamentdə Regional məsələlər komitəsinin sədr müavinidir.

F.Heydərov Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA