Qəzada ölənlərin sayı 3-ə çatdı

img

17-09-2015 [11:33]


Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb. Sumqayıt şəhər Təcili Yardım Stansiyasından verilən xəbərə görə, ölən ağır yaralı olan şəxslərdən biridir. Hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənlərin kimliyi isə hələ müəyyən edilməyib.

Bundan başqa stansiya ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb.

1. Əhmədov Rəşad
2. Cavadov Rövşən
3. Allahverdiyev İbadət
4. Ağakişiyev Baloğlan
5. Paşabəyov Asif
6. Məmmədova Əsmər
2 qadın və 2 kişinin adları isə naməlumdur.


Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.10 nəfər yaralıdan 3-ü qadın, digər 7-si isə kişidir.
azvision

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA