Sumqayıt yolunda dəhşətli qəza - 2 ölü, 10 yaralı - Video +18 (Yenilənib)

img

17-09-2015 [11:13]


Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Ford" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində ölən və yaralananlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində araşdırmalar aparılır.

***

Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.

Bu barədəAzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 10 nəfər yaralanıb.

Nazirlik rəsmisi yaralıların vəziyyətinin ağır olduğunu, iki nəfərin ayağının kəsildiyini qeyd edib.

ORCTV.az baş vermiş qəzadan videoğörüntünü sizlərə təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA