Musa Qasımlı Sabir Rüstəmxanlının dairəsinə getdi, Tənzilə Rüstəmxanlı Sumqayıta gəldi

img

16-09-2015 [23:27]


Milli Məclisə 1 noyabrda keçiriləcək seçkilərlə bağlı daha bir maraqlı xəbər məlum olub. Modern.az saytına daxil olan xəbərə görə, parlamentin hazırki bitərəf deputatı, tarixçi-alim Musa Qasımlı seçki dairəsini dəyişib. Belə ki, o, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu dairənin hazırki deputatı 2010-cu il seçkilərində qalib gəlmiş Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

Musa Qasımlı 2010-cu il seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdi

Beləliklə, Musa Qasımlının 72 saylı Yardımlı-Masallı dairəsinə getməsi Sabir Rüstəmxanlının seçkilərə qatılmayacağı anlamına gəlir. Məsələ burasındadır ki, Modern.az saytına verilən digər xəbərə görə, Sabir Rüstəımxanlının xanımı, "Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA