YAP-ın kasıb və yardım alan namizədi - İqbal Ağazadəyə "yaşıl işıq" yandırılıb

img

16-09-2015 [16:27]


YAP-ın dünən açıqlanan namizəd siyahısında adı olan Aliyə Ağrılı haqda maraqlı məlumat var. 

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən hakim partiyanın namizədi olan Aliyə xanım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan 55 manat məbləğində müavinət alır.  Bu məbləğ ona ailə başçısının itirməsinə görə verilir. Nazirliyin Xətai rayonu üzrə yardım alanların siyahısında 3135-ci yerdə olan Aliyə xanım hazırda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin koordinatoru vəzifəsində çalışır.

Məlumatda o da bildirilir ki, Aliyə Ağrılının dairədən ən ciddi rəqiblərindən biri də hazırkı deputat İqbal Ağazadə olacaq. Siyasi ekspertlər isə YAP-ın məhz İqbal Ağazadəyə görə gənc və imkanları məhdud olan xanımın namizədliyini irəli sürdüyünü deyirlər...



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA