Toyuna 4 gün qalmış özünü asdı - Son anda xilas olundu

img

16-09-2015 [11:33]


İsmayıllıda dünən 12 yaşlı məktəblinin intiharından sonra daha bir dəhşətli hadisə baş verib. Mia.az APA-ya istinadən xəbər verir ki, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.

Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.

A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan gəncin özünə qəsd etmək istəməsinin səbəbi hələlik məlum deyil.

Yaxınlarının verdikləri məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA