Ailəsi məktəb forması ala bilmədi; 12 yaşlı uşaq intihar etdi

img

15-09-2015 [14:54]


Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.

İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin "Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA