"Xalqımız bu məsələlərdə ayıq-sayıq olmalıdır" - Partiya sədri

img

15-09-2015 [14:34]


"Bir zamanlar "Milli Şura”nın qərəzli qətnaməsi mövcud idi və həmin qətnamənin eynilə Avropa Şurası dərc edib. İndi Avropa Şurasından, Qərbdən və Qərbin müəyyən dairələrindən, beyin mərkəzlərindən müxalifətə xüsusi tapşırıqlar verilib ki, fəaliyyətə başlasınlar”. 

Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sentyabrın 27-də planlaşdırdığı qurultaya münasibət bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, onlar bir növ tapşırıqları yerinə yetirirlər:

 "Çalışırlar ki, təcili olaraq müəyyən addımlar atsınlar. Artıq onların komandası da hazırdır. O qüvvələr ki, sentyabrın 27-də qurultay keçirməyi planlaşdırırlar. Düşünürəm ki, biz də bu məsələlərdə bütün diqqəti ideoloji sahəyə yönəltməliyik. Artıq onlara ağalarından, yuxarı dairələrdən tapşırıqlar verilir. Hesab edirəm ki, xalqımız bu məsələlərdə ayıq-sayıq olmalıdır. Bu gün Kərimov Əli Əblüfəz Elçibəyi öldürməsinə görə həbs edilməli idi. Amma onu müdafiə edənlər var. Biz çalışacağıq ki, onların bütün qərarlarını alt-üst edək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA