15-09-2015 [10:53]
ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) tərəfindən Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə edilib.
Mia.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Qətnamənin layihəsi ilk dəfə bu ilin iyul ayının 23-də Kaliforniyanın San Dieqo şəhərində keçirilən ALEC-in illik yığıncağında müzakirəyə çıxarılıb. Həmin tədbirə dəvət olunan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ALEC-in beynəlxalq əlaqələr komitəsinin qanunverici üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra qətnamə layihəsi səsə qoyularaq, yekdilliklə qəbul edilib. Sentyabr ayının 4-də ALEC-in İdarə Heyətinin üzvləri sözügedən qətnaməni təsdiq etdikdən sonra, qətnamə qüvvəyə minib. ALEC təşkilatı qətnaməni bütün üzvlərinə göndərərək, müvafiq ştat qanunvericilik orqanlarında da bu qətnamənin qəbulunu tövsiyyə edib.
Qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanaraq, ABŞ Hökumətinin ölkəmizlə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd olunur. Vurğulanır ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.
Qətnamənin ən böyük maraq kəsb edən hissəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Sənəddə vurğulanır ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.
Həmçinin bildirilir ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşmüşdür. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, ölkəmizin dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Qeyd edilir ki, öz geniş neft-qaz resursları ilə Azərbaycan ABŞ-ın, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir. Habelə, sənəddə 11 sentyabr terror hadisələrundən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. Həmçinin, sənəddə Azərbaycanın qədim tolerantlıq ənənələri təqdir edilir.
Qətnamənin tam mətni ilə ALEC-in rəsmi saytında bu link vasitsilə tanış olmaq olar:
Qeyd edək ki, ABŞ-ın siyasi həyatında yüksək nüfuzu ilə seçilən ALEC-in sözügedən illik yığıncağında ABŞ prezidentliyinə bir sıra namizədlər çıxış edərək, öz seçki platformalarını təqdim ediblər. Bundan əlavə, 1973-cü ildə yaradılımış ALEC, ABŞ ştat qanunvericilərinin ən böyük təşkilatıdır.

İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib