Aslan Aslanovun oğlunu öldürən şəxs azadlığa çıxa bilər

img

14-09-2015 [17:39]


Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Vüqar Əliyevin əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət hazırlanır.

Mia.az xəbər verir ki, bu haqda Modern.az saytına məhkumun hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.

Vəkil Vüqar Əliyevin tezliklə azadlığa çıxacağını da istisna etməyib: "Vüqarın əfv olunması üçün cənab Prezidentə müraciət etməyə hazırlaşıram. İnanıram ki, ədalət öz yerini tapacaq”.

Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva 2015-ci ilin fevral ayında Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA