Siyavuş Novruzov: “Avropa gəlib, seçkini bizdən öyrənsin”

img

14-09-2015 [15:05]


"Son iki ildə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamələrinin şahidi olmuşuq”.


AzVision.az xəbər verir ki, bunu parlamentdə keçirilən növbədənkənar iclasda YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyib.

O, bildirib ki, növbəti bəyanata da etirazımızı bildiririk: "Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. 10-cu maddədə yazılıb ki, Leyla və Arif Yunusun həbs olunmasında məqsəd işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasına görədir. Bundan böyük ədalətsiz yanaşma olar?

Təcavüzə, soyqırıma məruz qalan bizik. Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Sabah qrant aldıqlarının Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Gəlib, Avropa Azəbaycandan tolerantlıq, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğu öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidarla xalq birdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA