Cəlilabadda kişi 29 yaşlı həyat yoldaşını amansızlıqla öldürdü

img

13-09-2015 [12:27]


Cəlilabadda qətl hadisəsi qeydə alınıb.

Qafqazinfo-nun xəbərinə görə, rayon sakini 1983-cü il təvəllüdlü Abıyev Anar Hazarxan oğlu 1986 cı il təvəllüdlü həyat yoldaşı Abasova Təranə Saməddin qızına ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Qətli törədən Anar Abıyev polis tərəfindən saxlanıb.

Qeyd edək ki, bir neçə ildir ki, ailəli olan cütlüyün bu nikahdan iki övladı var.

Hazırda faktla bağlı Cəlilabad rayon prokurorluğunda CM-nin 120. 1, yəni qəsdən adam öldümə maddsəi üzrə cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA