12-09-2015 [12:39]
2015-ci il 1 noyabr parlament seçkilərinə 50 gün qalır. Namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi üçün müddət isə oktyabrın 2-i saat 18.00-da başa çatacaq. Bununla belə, hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısını açıqlamağa tələsmir.
Xatırladaq ki, 2010-cu ilin parlament seçkiləri noyabrın 7-ə təyin edilmişdi və o vaxt hakim partiya 18 sentyabrda namizədlər siyahısını ictimaiyyətə təqdim etmişdi. YAP 125 dairənin hamısından namizəd irəli sürmüş, siyahıdakı şəxslərdən 72 nəfəri mandat almışdı.
Hazırda YAP-ın builki seçki siyahısının gecikməsi ilə bağlı müxtəlif fərziyyələr və ehtimallar irəli sürülür. Bir çoxları bunu YAP-ın siyahısının formalaşdırılması ilə bağlı partiya və ölkə siyasi rəhbərliyində maraqlı qruplar arasında konsensusun əldə oluna bilməməsi, digərləri isə bu astagəlliyi özünəməxsus taktika kimi dəyərləndirirlər. İkincilərə görə, YAP seçkilərlə bağlı dinamik proseslərdə maraqlı deyil və buna görə, namizədlər siyahısını gecikdirməklə həm özünün dominant mövqeyini bir daha nümayiş etdirir, həm də siyasi sükunətin mümkün qədər uzanmasına çalışır.
YAP rəsmiləri isə siyahının əsasən hazır olduğunu, partiyanın İdarə Heyətinin yekun qərarı ilə açıqlanacağını bəyan edirlər.
Hər nə qədər konfidensiallığı qorumağa çalışılsa da, YAP-ın namizədlərlə bağlı mümkün yanaşmaları barədə artıq məlumatlar kənara sızır. Buna misal olaraq, ilk növbədə rektorlara "qırmızı işıq” yandırıldığı, biznes dairələrinin təmsilçilərinə siyahıda və ümumiyyətlə, parlamentdə daha az yer veriləcəyi haqda informasiyaları göstərmək olar.
Eyni zamanda, YAP rəhbərliyində və parlament fraksiyasında təmsil olunan bəzi şəxslərin siyahıdan çıxarıldığı barədə də konkret məlumatlar var.
Strateq.az KİV-də YAP-ın seçki siyahısı ilə bağlı gedən məlumatların təhlilinə, eləcə də öz mənbələrinin informasiyalarına əsalanaraq, hakim partiyanın hazırkı parlament fraksiyasında yer alan deputatlardan hansılarının adlarının builki siyahıya düşməyəcəyi haqda araşdırma aparıb.
Aşağıda YAP-ın siyahısı ilə 2010-cu ildə deputat seçilən partiya üzvlərinin siyahısı verilib.
Siyahıda Baş nazirin müavini təyin olunan Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr gətirilən Mübariz Qurbanlı, mandatından imtina etmiş Gülər Əhmədova yer almayıb. Siyahıda builki seçkilərdə iştirak etməməsi və yeni namizədlər arasında olmayacağı ehtimal edilən YAP-çıların adlarıqırmızı rənglə işarələnib:
1. Talıbov Vasif Yusif oğlu
1 saylı Şərur - Sədərək seçki dairəsi
2. Həbibbəyli İsa Əkbər oğlu
2 saylı Şərur seçki dairəsi
3. İbrahimov Eldar Rza oğlu
4 saylı Naxçıvan şəhər seçki dairəsi
4. Novruzov Siyavuş Dünyamalı oğlu
5 saylı Şahbuz - Babək seçki dairəsi
5. Hacıyev İsmayıl Muxtar oğlu
6 saylı Culfa - Babək seçki dairəsi
6. Əsədov Oqtay Sabir oğlu
8 saylı Binəqədi birinci seçki dairəsi
7. Vəliyev Ağalar İsrəfil oğlu
11 saylı Qaradağ seçki dairəsi
8. Zabelin Mixail Yuryeviç
12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsi
9. Əliyev Rauf Asif oğlu
13 saylı Xəzər birinci seçki dairəsi
10. Əliyeva Mehriban Arif qızı
14 saylı Xəzər ikinci seçki dairəsi
11. Məhərrəmov Abel Məmmədəli oğlu
16 saylı Yasamal ikinci seçki dairəsi
12. Abdullayev Rövnəq İbrahim oğlu
24 saylı Nizami birinci seçki dairəsi
13. Vəliyeva Sədaqət Süleyman qızı
25 saylı Nizami ikinci seçki dairəsi
14. Salahzadə Qalib Aslan oğlu
27 saylı Sabunçu ikinci seçki dairəsi
15. Fətəliyeva Sevinc Həbib qızı
30 saylı Suraxanı birinci seçki dairəsi
16. Abıyev Ağacan Qulam oğlu
32 saylı Suraxanı üçüncü seçki dairəsi
17. Mirələmov Hüseynbala Fazil oğlu
33 saylı Xətai birinci seçki dairəsi
18. Seyidov Səməd İsmayıl oğlu
36 saylı Xətai dördüncü seçki dairəsi
19. Fətiyev Xanlar Nuru oğlu
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
20. Quliyev Musa İsa oğlu
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
21. Abdullayeva Leyla Arif qızı
41 saylı Sumqayıt birinci seçki dairəsi
22. Babayev Muxtar Bahadur oğlu
43 saylı Sumqayıt üçüncü seçki dairəsi
23. Mirzəzadə Aydın Böyükkişi oğlu
47 saylı Mingəçevir seçki dairəsi
24. Məmmədov İlham Kazım oğlu
48 saylı Yevlax seçki dairəsi
25. Hüseynov Əli Məhəmməd oğlu
49 saylı Yevlax - Mingəçevir seçki dairəsi
26. Badamov Azər Camal oğlu
51 saylı Qusar seçki dairəsi
27. Abramov Yevda Sasunoviç
53 saylı Quba - Qusar seçki dairəsi
28. Süleymanov Tahir Süleyman oğlu
54 saylı Şabran - Siyəzən seçki dairəsi
29. Əşrəfov Arif Əşrəf oğlu
55 saylı Xaçmaz seçki dairəsi
30. Əliyev İlham Əlisəftər oğlu
56 saylı Xaçmaz kənd seçki dairəsi
31.Qəribov Fərhad Həsən oğlu
57 saylı Kürdəmir seçki dairəsi
32. Rəhimzadə Arif Qafar oğlu
61 saylı Neftçala seçki dairəsi
33. Əliyev Cəlal Əlirza oğlu
62 saylı Saatlı seçki dairəsi
34. Xəlilov Rüstəm Gülabba oğlu
64 saylı Sabirabad ikinci seçki dairəsi
35. Əmiraslanov Əhliman Tapdıq oğlu
65 saylı Saatlı - Sabirabad - Kürdəmir seçki dairəsi
36. Həsənov Malik Əvəz oğlu
67 saylı Cəlilabad şəhər seçki dairəsi
37. Kazımov Mirkazım Məhəmməd oğlu
68 saylı Cəlilabad kənd seçki dairəsi
38. Əliyev Nəriman Əlibala oğlu
70 saylı Masallı şəhər seçki dairəsi
39. Rəcəbli Hadı Musa oğlu
74 saylı Lənkəran kənd seçki dairəsi
40. Paşazadə Cavanşir Hümmət oğlu
75 saylı Lənkəran - Masallı seçki dairəsi
41. Əsgərov Ziyafət Abbas oğlu
76 saylı Lənkəran - Astara seçki dairəsi
42. Cəfərov Aslan Məmmədhüseyn oğlu
77 saylı Astara seçki dairəsi
43. Məmmədov İqbal Nəriman oğlu
78 saylı Lerik seçki dairəsi
44. Qasımov Əsabil Qarakişi oğlu
79 saylı İmişli seçki dairəsi
45. Orucov Ayaz İsmayıl oğlu
81 saylı Beyləqan seçki dairəsi
46. Rzayev Tahir Musa oğlu
82 saylı Ağcabədi seçki dairəsi
47. Muradova Bahar Əvəz qızı
84 saylı Füzuli seçki dairəsi
48. Cavadov Ərəstun Nurəddin oğlu
87 saylı Ağsu - İsmayıllı seçki dairəsi
49. Hacıyev Şəmsəddin Hümmət oğlu
89 saylı Göyçay - Ağdaş seçki dairəsi
50. Məmmədova Gülçöhrə Hüseyn qızı
97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi
51. Qafarova Sahibə Əli qızı
98 saylı Şəmkir şəhər seçki dairəsi
52. İbrahimqızı Məlahət İbrahim qızı
99 saylı Şəmkir kənd seçki dairəsi
53. Hüseynova Sevinc Əmirəhməd qızı
103 saylı Gədəbəy seçki dairəsi
54. Məmmədhəsənov Rafiq Musa oğlu
104 saylı Gədəbəy - Tovuz seçki dairəsi
55. Vəliyev Əhməd Abdulkərim oğlu
107 saylı Qazax seçki dairəsi
56. Cəfərov Nizami Qulu oğlu
108 saylı Ağstafa seçki dairəsi
57. Aslanova Rəbiyyət Nurullah qızı
109 saylı Balakən seçki dairəsi
58. Əliyeva Kamilə Əliağa qızı
111 saylı Zaqatala - Balakən seçki dairəsi
59. Mahmudov Yaqub Mikayıl oğlu
113 saylı Şəki şəhər seçki dairəsi
60. Naxçıvanlı Aqiyə Həbib qızı
117 saylı Oğuz - Qəbələ seçki dairəsi
61.Sadıqov Bəxtiyar Yusif oğlu
119 saylı Ağdam kənd seçki dairəsi
62.Şahverdiyev Astan Nuşirəvan oğlu
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi
63. Fərəcov Nazim Fərəc oğlu
121 saylı Laçın seçki dairəsi
64. Qurbanov Cavid Qənbər oğlu
123 saylı Kəlbəcər seçki dairəsi
65. Məmmədov Elman Camal oğlu
124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd seçki dairəsi
66. İsmayılov İmamverdi İbiş oğlu
125 saylı Zəngilan - Qubadlı seçki dairəsi
Niyə YAP-ın siyahısından kənarda qalacaqlar?

Beləliklə, Hacıyev İsmayıl Milli Məclisdə Naxçıvanı təmsil etməyəcək. Strateq.az-ın əldə etdiyi məlumatlara görə, bu dairədən onu Naxçıvandan olan başqa şəxs əvəzləyəcək. 1951-ci il təvəllüdlü akademik hazırda AMEA-nın Naxçıvan bölməsinə rəhbərlik edir və onun elə bu postda qalması da məsləhət bilinib.
Siyahıda iki rektor - BDU-nun rektoru Abel Məhərrəmov və İdman Akademiyasının rektoru Ağacan Əbiyev də yer almayacaq.
YAP-ın yeni yanaşmasına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev də siyahıda olmayacaq. Bu, R.Abdullayevə etimadsızlıqdan irəli gəlmir. YAP-da hesab edirlər iki, ARDNŞ prezidenti onsuz da həddən artıq çox "yüklənib”. O, həm AFFA-nın prezidentidir, eyni zamanda bu günlərdə Cüdo Federasiyasına da rəhbər seçilib. Digər tərəfdən, müasir standartlarla işləyən kompaniyaya çevrilən SOCAR prezidentinin millət vəkili olması beynəlxalq tərəfdaşlar tərəfindən də anlayışla qarşılanmır.
Cəlal Əliyevin səhətti ilə bağlı seçkilərdə iştirak etməyəcəyi bildirilir.
Yeni nəsil parlamentarlardan olan Sevinc Əhmədovaya YAP-da vəzifə veriləcəyi ilə bağlı xəbərlər dolaşır. Onun ümidləri doğrultmadığı da qeyd olunur. Xanım deputatlar arasında passivliyi ilə seçilib.
Stajlı millət vəkillərindən olan Rəbiyyət Aslanova da etimadı itirib. Deyilənə görə, oğlu Elnur Aslanovun "vurulması” Rəbiyyət xanım üçün də "qapıları bağlayıb”.
YAP şeyxə hörmətini yerində saxlamaqla, bu dəfə 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatQalib Salahzadənin adının üstündən xətt çəkmək niyyətindədir. Ölçüsüz və qalmaqallı açıqlamalarının YAP elitasını təngə gətirdiyi deyilir.
104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən Rafiq Məmmədhəsənovun da səhhəti kampaniya aparmaq üçün yetərli sayılmır. Artıq 70 yaşı olan YAP-çı deputat gənclərdən biri əvəzləyəcək.
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyevin də hakim partiyanın ümidlərini doğrultmadığı qənaəti hakimdir.
Ötən seçkidə 121 saylı Laçın seçki dairəsindən deputat olmuş Fərəcov Nazimi də başqa bir YAP-çının əvəzləyəcəyi gözlənilir. Xatırladaq ki, Nazim Fərəcov yenicə Sumqayıta İcra başçısı təyin edilmiş Zakir Fərəcovun qardaşıdır. YAP-da hesab edirlər ki, bu təyiantla Fərəcovlar ailəsi hakimiyyət tərəfindən artıq kifayət qədər böyük etimadla mükafatlandırılıb.
123 saylı Kəlbəcər seçki dairəsindən seçilən Cavid Qurbanov da siyahıda yer almayacaq. İlin əvvəlində C.Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olunub...
Strateq.az
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib