“Milli Şuranın baykot qərarının heç bir əhəmiyyəti yoxdur”

img

10-09-2015 [23:17]


"2010-cu ilə parlament seçkilərində mən 45 saylı Abşerin seçki dairəsində ikinçi yeri tutmuşdum. 3000-dən yuxarı səs toplamışdım. Əli Kərimli isə məndən 1000 səs az toplamışdı. Bu adam heç 3000 səs toplaya bilmir. Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Boykot qərarı siyasi partiyalar arasında birmənalı qarşılanmayıb". 

Bununla bağlı mia.az-a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, seçki günündən 10 gün keçəndən sonra Əli Kərimlinin bu qərarı ona görə atıb ki, beynəlxalq təşkilatların dəstəyi ilə mandat qazanmaq imkanları sıfıra bərabərdi:” Əli Kərimli öyrəşib ki, gizli danışıqlar yolu ilə deputat olsun. Bu səfər də bəzi xarici təşkilatlar vasitəsi ilə buna əldə etmək istəyirdi. Ancaq planı baş tutmadı. Bu səbəbdən də baykot qərarını verdi. Əli Kərimli ilə Cəmil Həsənlinin seçkidə iştirak etməməsi heçnəyi dəyişmiyəcək. Guya bunlar seçkidə iştirak etsə idi, nə baş verəcək idi?!” Niyaməddin Orduxanlı 2010-cu il parlament seçkilərində Əli Kərimlinin 2200 səs topladığını dedi: "2010-cu ilə parlament seçkilərində mən 45 saylı Abşerin seçki dairəsində ikinçi yeri tutmuşdum. 3000-dən yuxarı səs toplamışdım. Əli Kərimli isə məndən 1000 səs az toplamışdı. Kim istəyir, mskgov.az saytına daxil olub tanış ola bilər. Bu adam heç 3000 səs toplaya bilmir. Məğlub olacağını, ciddi uğur qazana bilməyəcəyini də çox yaxşı bilirdi. Özü də Əli Kərimli olan dairədə az qalir bütün beynəlxaql müşahidəçilər blütenləri bir-bir saysınlar. Beynəlxalq müşahidəçilər də Əli Kərimlin səs toplaya bilmədiyini gördülər. Əli Kərimlinin yanında kim qalıb ki, namizədliyini də irəlü sürsün. "Motros” Faiqdən başa kimsə yoxdur. Və yaxudda Cəmil Həsənlini olsun. Bu adam deputat mandatına görə, öz sədri Əli Kərimlini ayaqlarının altına alıb yerə vurdu. O zaman həm də Əli Kərimlinin müavini idi, ancaq bütün fəaliyyətini prezident İlham Əliyevin şəninə kitablara həs edirdi. İlham Əliyevi Qafqazın lideri adlandırdı. Yazdığı kitabları qoltuğuna vurub , İlham Əliyevin nazirlərinin, komitə sədrlərinin qəbul otagında boynunu büküb gözləyirdi. Bu kitabları onlara "satmaq" üçün. Cəmil Həsənli bu olub! Və bütün bunlar Cəmil Həsənli 10 illik siyasi fəaliyyətinin acıq təzahürüdür. Bundan Cəmil Həsənli imtina edə bilməz! Onun bu cür riyagar siyasətini hər bir vətəndaş görüb və izləyib. belə bir adama kim etimad göstərər, səs verər! Cəmil Həsənli deputat ola bilmədəyindən, Əli Kərimli kimi zorən "müxalifət" olanlardandır. Baxın,"Milli Şura"da olan bu adamlara. Gültəkin Hacıbəyli və Cəmil Həsşnlinin prezident İlham Əliyevin ünvanına dediyi mədhiyələr AZTV-nin arxivində xeyli yer tutub. Kim istəyirsə, gedib aztv-də baxa bilər. Gültəkin Hacıbəyliyə yaxşı bilir ki,, Əli Kərimli bir dəfə satın alınmışdı. Bir dəfə alınmış adamı, təzədən almırlar. Onun yerinin hara olduğunu Gültəkin Hacıbəyli ki, yaxşı bilir. Bu səbəbdəndə namizəd olmaqda imtina edirlər...”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA