Azərbaycanda toyda dava - 3 nəfər bıçaqlandı

img

10-09-2015 [23:32]


Lənkəranda toyda kütləvi dava olub.

Mia.az-ınAPA-ya istinadən məlumatına görə, hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib.

Nəticədə davanın iştirakçılarından 3 nəfər – şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hazırda onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA