"Siyahı çox fərqli olacaq..." - YAP-dan namizəd siyahısı haqda açıqlama

img

10-09-2015 [18:40]


"Yaxın günlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək. Bu iclasda YAP-ın parlamentdə iştirak edəcək namizədlərinin siyahısı açıqlanacaq".

Strateq.az xəbər verir ki, bu sözləri Axar.az-a YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Hakim partiyanın mətbuat katibi qeyd edib ki, həmin iclasda namizədlərin kimliyi konkretləşdiriləcək.

H.Paşayev vurğulayıb ki, YAP seçki qanunvericiliyinə və MSK-nın təqvim planına uyğun addımlar atır. Onun sözlərinə görə, siyahının açıqlanmasında heç bir gecikmə yoxdur. YAP sözçüsü bildirib ki, namizədlər siyahısında fərqli adlar olacaq: "Həm gənclər, həm ziyalılar bir siyahıda yer alacaq. Əvvəlki siyahıdan fərqlisini görəcəksiniz. Çox yaxın günlərdə bu siyahı ictimaiyyətə açıqlanacaq. Partiya qanunun tələbləri ilə hərəkət edir”.

H.Paşayev onu da deyib ki, YAP üzvü olmayan tanınmış, müstəqil ziyalıların namizəd olduğu dairələrdən partiya öz namizədini irəli sürməyəcək: "Partiya Azərbaycan cəmiyyətində xüsusi hörmətə malik, ölkənin ictimai-siyasi həyatında mühüm fəaliyyəti olmuş tanınmış ziyalılara qarşı hörmət əlaməti olaraq bu addımı atacaq. Eyni zamanda, həmin dairələrdən namizəd olmuş ziyalılara YAP tərəfindən dəstək də veriləcək”.

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA