"Bizim üçün də mənzərə dəqiq deyil" - Deputat yenidən mandat iddiasından danışdı

img

10-09-2015 [16:55]


"Yeni Azərbaycan Partiyası yenidən mənim namizəd olmağımı istəyərsə, adımı namizədlər siyahısına salarsa, o halda yenidən seçkilərdə namizəd kimi iştirak edəcəm. Yox, əgər partiya məsləhət bilməsə, seçkilərə qatılmayacam”.

Bu sözləri Aktual.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Onun sözlərinə görə, seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı YAP-ın qərarından asılı olacaq:

"Bilirsiniz ki, hakim partiya hələki namizədlər siyahısını açıqlamayıb. Bu baxımdan bizim üçün də mənzərə dəqiq deyil. Özüm də bilmirəm, necə olacaq. Bir daha deyirəm ki, YAP mənim namizədliyimi irəli sürməsə, seçkilərə qatılmayacam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA