«Nazirlər, komitə sədrləri var ki, kabinetlərində tapmaq olmur»- Partiya sədri

img

10-09-2015 [16:53]


«Biz bu məsələləərə bir-iki ildir ki, qaldırmışıq və təkliflərimizi də vermişik. Prezident də sonuncu müşavirədə xəbərdarlıq elədi, amma məmurlar hələ nəticə çıxarmaq istəmirlər».

Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Şacıyev deyib. Onun sözlərinə görə, məmurların başı öz maraqlarını təmin eləməyə elə qarışıb ki, prezidentin narahatlığını da hiss eləmirlər: «Hamı elə bilir ki, hər şeyi prezident həll etməlidir. Bəs, onda bu hökumət nəyə lazımdır? Prezident haqlı olaraq, həyəcan təbili çalır. Bunun üçün onun əlində kifayət qədər əsaslar var. Bu gün ölkədə çox böyk gərginlik var və qarşıda da bizi təlatümlər gözləyir. Hökumət isə bu yöndə hər hansı bir addım ata bilmir. Azərbaycanda təcili islahatlar başlamalıdır. Əziz qardaşım bütün günü əziyyətlər çəkir, amma məmurların başa başqa-başqa işlərə qarışıb. Nazirlər, komitə sədrləri var ki, kabinetlərində tapmaq olmur. Bu, bir tərəfə, heç onların katibələri camaatın telefon zənginə cavab vermir. Prezident də bu məsələyə toxundu və narazılığını bildirdi».

H.Hacıyev xaricdən olan təzyiqlər barədə də fikirlərini bildirib. Onun sözlərinə görə, son dövrlər bəzi səfirlərimizin dövlətçiliyimizə xəyanət edərək başqa yollara sapması, kimlərə agentlik ləməsi qəbul olunmazdır: «Bütün bunlara görə cavabdeh şəxslər cavab verməlidirlər. Bəzi nazirlərin övladlarının Amerikada, Avropada ölkəmizə vurduğu zərbələr üzə çıxıb. Biz Azərböaycanın müstəqilliyini uğrunda canımızı qoyanda düşünmürdük ki, bir qrup adam gəlib ölkənin ələ keçirib öz maraqlarını həyata keçirəcəklər. O cüslədən 5-ci kalonun nümayəndələri də ölkədə istədiklərinqi edirlər. Ölkə başçısının dediyi kimi, Maydan Hərəkatını Azərbaycanda reallaşdırmaq istəyənlər hələ ölməyiblər. Sadəcə, vaxtı bir az uzadıblar. İstənilən anda ölkədə qarışıqlıq yarada bilərlər. Amma unutmasınlar ki, biz əziz qardaşım İlham Əliyevin ətrafında birləşib onlara qarşı mübarizə aparacağıq».

MMP sədri bir müddət öncə baş verən bir sıra icra başçılarının dəyişikliyi ilə bağlı mövqeyini bildirib. H.Hacıyev deyib ki, bu məsələ prezident səlahiyyətindədir və istədiyi kimi qərar verə bilər: «Amma mən düşünürəm ki, yeni simaların təyin olunması daha gözəl olardı. YAP-da da kifayət qədər samballı, layiqli insanlar var. Bir rayonun dağıdanı başqa bir rayona aparmaq nə qədər effekt verə bilər axı? Mən bunu deyirəm, hədəfə gəlirəm, təzyiqlərə məruz qalıram. Amma mən yenə də xalqımın zərərinə olan hər şeyi danışacam. Yeni kadrlər gətirmək lazımdır. Mən özü istənilən şəhəri idarə edə bilərəm, təcrübəm də, savadım da, bacarığım da buna imkan verir. Kimsə düşünməsin ki, mən vəzifə istəyirəm, amma əgər ölkəmin inkişafı üçün işləmək lazımdırsa, mən də, partiyam da hazırdı. Əgər qardaşım ehtiyac duyarsa, hər zaman əsgər kimi öz vəzifəmi yerinə yetirməyə hazıram».








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA