10-09-2015 [11:44]
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanmış 16 mərtəbəli binanın zərərçəkən sakinləri ölkə Prezidentinə müraciət ediblər.
Sakinlərin Modern.az-a verdiyi məlumata görə, onlar dəymiş ziyanın aradan qaldırılması ilə bağlı verilmiş rəsmi sərəncamın bəzi məmurlar tərəfindən yerinə yetirilməməsindən narazı qaldıqlarını və sənəddə nəzərdə tutulduğu kimi ev əşyaları ilə təmin olunmalarını istəyiblər.
"Hal-hazırda mənzillər təmir olunub, mebellə təhciz olunub. Amma soyuducu, kondisisoner, televizor, paltaryuyan maşın verilməyib və həmin əşyaların verilməsindən də imtina olunur. Halbuki, mənzillər yanarkan həmin əşyalar da sıradan çıxıb”.
Sakinlər deyirlər ki, 15 avqust 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində baş nazirin birinci müavini Abid Şərifovun sədrliyi ilə keçirilmiş iclasda sakinlərin suallarına cavab olaraq ev əşyalarının onlara ayrılmım 20 min manat mənəvi təzminatla alınacağı bildirilib. Sakinlər isə etiraz olaraq deyiblər ki, həmin 20 min manat kompensasiyanı paltarlarına, yeməyə və sağlamlıq problemlərinə xərcləyiblər.
Müraciətdə Prezident İlham Əliyevdən xahiş olunur ki, yanan binadakı evlər ev əşyaları ilə tam təmin olunsun və onlara əlavə problemlər yaradılmasın.
Eyni məzmunlu müraciət Bakı Şəhər İcra Hakimiyyətinə və baş nazirin birinci müavininə də ünvanlanıb.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Binəqədi rayonu, Azadlıq pr. 200/36 yanmış bina sakinləri tərəfindən
Müraciət
Cənab Prezident!
Hadisədən dərhal sonra bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Lakin Sizin verdiyiniz tapşırıqları yernə yetirməkdən boyun qaçıraraq, 15 avqust 2015 ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətndə Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondinsioner, televizor, soyuducu, yorğan-döşək və s. ev əşyaları bizə mənəvi təzminat kimi ödənilmiş 20 min manatla alınmalıdır.
O pul sakinlərə verildikdə mənəvi təzminat olduğunu bildirdiklərinə görə, sakinlər həmin pulu ailə üzvlərinin yeməyinə, geyiminə, sağlamlığına və s. xərcləyiblər.
Cənab prezident, sakinlərin bəzilərinin yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb.
Hörmətli prezident, xahiş edirik bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz”.
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib