Azərbaycanda Türkiyəyə dəstək mitinqi oldu - FOTOLAR

img

09-09-2015 [14:56]


Bu gün Beynəlxalq Diaspor Mərkəzinin bir qrup üzvü Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısında qardaş Türkiyəyə dəstək aksiyası keçirib.

Aksiyada son dövrlərdə Türkiyədə törədilən terror aktları pislənilib.

Aksiyada "Yaşasın Türkiyə-Azərbaycan dostluğu”, "Rədd olsun terrorçular və onun tərəfdarıarı” və digər şüarlar səsləndirilib.

Sonda aksiya iştirakçılarının yekun qətnaməsi oxunub. Qətnamədə terror aktları pislənilib, Azərbaycan ictimaiyyətinin bu hadisələrdən dərindən narahat olduğu bildirilib. Qeyd olunub ki, qardaş Türkiyəni zəiflətmək və parçalamaq məqsədilə terrorçular bəzi güclər tərəfindən silahlandırılır və dəstəklənir.

Aksiyaya digər ictimai təşkilatların nümayəndələri və millət vəkilləri də qoşulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA