"Lotu Quli"nin taclandırdığı “Pioner” həbs edildi

img

09-09-2015 [13:39]


Tanınmış kriminal avtoritetlərdən biri həbs edilib.

Lent.az xəbər verir ki, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nadir Səlifovun yaxın adamı olan Maksim Novikov saxlanılıb. "Pioner” ləqəbi ilə tanınan Maksim Novikov Penza məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.

36 yaşlı "qanuni oğru” külli miqdarda narkotik vasitənin qanunsuz saxlanmasında ittiham edilib. O, 3,5 ilini həbsdə keçiriəcək.

Məlumat üçün bildirək ki, "Lotu Quli"nin klanına daxil olan "Pioner" 2014-cü ilin sentyabrında İstanbulda "taclandırılıb”. Onun namizədliyini "Lotu Quli"nin qardaşı, hazırda Türkiyədə yaşadığı bildirilən "qanuni oğru” Namik Səlifov da dəstəkləyib. "Lotu Quli" isə həbsxanadan "Skype” vasitəsilə "sxodkaya” qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA