ABŞ səfiri partiya sədrləri ilə görüşdü

img

08-09-2015 [18:34]


Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında "AZADLIQ-2015" siyasi partiyalar blokuna daxil olan partiyaların sədrləri ilə ABŞ səfiri Sekutanın görüşü keçirilib. 

Mia.az xəbər verir ki, görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, BAP-nın sədri Elşad Musayev, VİP sədri Əli Əliyev, ACP sədri Sülhəddin Əkbər, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyası sədrinin biinci müavini Qorxmaz İbrahimov iştirak ediblər.

2 saata yaxın keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər istiqamətində fikir mübadiləsi aparılmşdır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA