Naxçıvana PKK təhlükəsi - Millət vəkili həyəcan təbili çaldı

img

08-09-2015 [13:31]


"İndi İğdırla yanaşı, Naxçıvan özü də təhlükədədir”.

Mia. az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün "Facebook" səhifəsində bəyan edib. O bildirib ki, önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir: "İndi də Naxçıvan sərhəd qapısına yaxın yerdə İğdırda PKK tərəfindən Türkiyədə daha 10 şəhid oldu. İğdır bələdiyyə başqanı, oradan seçilən bütün millət vəkilləri HDP-dəndir. Bu gün siyasi səbatsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdırlar”.

F.Mustafanın fikrincə, elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması gərəkir: "Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA