AVCİYA yeni layihəyə start verdi

img

08-09-2015 [13:22]


"Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA)” "Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə  01.09.2015-ci il tarixindən etibarən "Sənin səsin - sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsinin icrasına başlayıb.

Mia.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, gənclər arasında infor­ma­siya çatışmazlığının aradan qaldırılmasına və seçkilər zamanı gənclərin yüksək seçici fəallığına nail olmaqdır. Həmçinin gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünü idarəetmə orqanlarında təmsil olunmalarına töhfə verməkdir.

Qeyd edək ki, layihə 3 ay davam edəcək. Layihənin Bakı və Sumqayıt şəhərlərində həmçinin  Şirvan, Cəlilabad, Şamaxı, Qobustan, Xaçmaz rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA