"Qiyamçı diplomat"dan yeni çağırış - "Mənimlə əlaqə saxlayın..."

img

08-09-2015 [12:17]


Cəmiyyətdə "qiyamçı diplomat" kimi tanınan keçmiş səfir Arif Məmmədov XİN-in əməkdaşlarına maraqlı müraciət edib. 

Mia.az xəbər verir ki, o, özünün "Facebook"dakı səhifəsində belə bir status paylaşıb:

"Əziz dostlar, mənə yaxın olan XİN-in diplomatlarına qarşı repressiyalar davam etdirilməkdədir. Onlari Bakıya çağırarak mənə qarşı yalanlar yazmağa məcbur edirlər. Yazmaqdan imtina edənləri işdən govurlar ve yenidən ölkəni tərk etməyə imkan vermirlər. Anarı mən çox savadlı və ölkəsini dərindən sevən vətənpərvər Azərbaycan oğlu kimi tanıyıram. Hakimiyyət ölkənin ən savadlı diplomatlarına qarşı repressiyaları dəyandırmasa, bir azdan xaricdə kölqədə olan XİN yaratmaq olacagdır.

Problemlərlə üzləşən bütün diplomatlarımıza mənimlə əlaqə saxlamağa çağırıram".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA