YAP-ın sədrinə müraciət etdim ki... - Daha bir sabiq deputat iddiasını açıqladı

img

08-09-2015 [11:10]


"Milli Məclisə keçiriləcək seçkidə iştirakımla bağlı müxtəlif saytlardan demək olar ki, hər gün suallar verirlər. Təxminən 5 il, 1 il, 5 ay və 1 ay öncə verdiyim cavabı yenə təkrar edirəm: "Mən 2005-ci ildə müstəqil namizəd olaraq seçkiləri qazanmışam, ancaq hakimiyyəti müdafiə etdiyimə görə mənə hamı "YAP-ın deputatı" deyib. 2010-cu ildə mənim namizədliyimi təşəbbüs qrupu irəli sürüb, lakin YAP-ın siyahısına hörmət edərək namizədliyimi geri götürmüşəm". 

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Nazim Məmmədov deyib. O bildirib ki, hələ bir il öncə seçicilərinə 2015-ci il seçkilərində namizədliyini yenidən təşəbbüs qrupu tərəfindən irəli sürülməsinə razılıq verib:

"Eyni zamanda, YAP-nın sədrinə və idarə heyətinin üzvlərinə may ayında rəsmi müraciət etmişəm ki, mənim adımı vahid namizəd siyahısına salmaq istəyirsinizsə, etiraz etmirəm. Ancaq mənə ən böyük kömək mane olmamaqdır, yəni bu o deməkdir ki, 104 saylı seçki dairəsində mənim seçkini qazanmağım su içimi kimi çox sadədir. Prinsip olaraq, majoritar seçkilərdə iqtidar partiyasının "vahid namizəd siyahısı" anlayışına qarşıyam".

Nazim Məmmədov sonda bildirib ki, o, 2005-ci ildən bu yana sahibkarlıq fəaliyyəti ilə məşğul olmur:

"Jurnalistlərin diqqətinə çatdırım ki, məni iş adamı kimi təqdim etməyiniz Mülki Məcəlləyə ziddir. Təsisçilik sahibkarlıq deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA