07-09-2015 [14:14]
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevin ittihamlarına cavab verib.
Mia.az xəbər verir ki, S. Novruzov APA-ya açıqlamasında bildirib ki, partiya bir neçə dəfə onun namizədliyini dəstəkləyib, sonuncu dəfə də dəstəkləməsinə baxmayaraq, seçicilər onu seçməyib, istəməyiblər.
S. Novruzov qeyd edib ki, Ə. Əlirzayev YAP-ın qurucularındandır, "91-lər”dəndir və partiyanın qurulmasından xidməti olub: "Hətta müəyyən müddət YAP Siyasi Şurasının üzvü olub. YAP tərəfindən 1995-ci ildə proporsional qaydada Milli Məclisə seçkilərə namizədliyi irəli sürülüb və deputat olub. Həmçinin 2000-ci ildə yenə partiya tərəfindən Naxçıvandan namizədliyi irəli sürülüb və yenə deputat seçilib. 2005-ci ildə parlament seçkilərində yenə də YAP tərəfindən Xətai rayonundan namizədliyi irəli sürülüb.
O vaxt partiya tərəfindən Xətai rayonundakı dairələrdən 4 namizəd irəli sürülmüşdü. Səməd Seyidov, Hüseynbala Mirələmov, Əli Əlirzayev və bir də xatırlamadığım bir nəfər idi. Əli Əlirzayevin namizədliyi 34 saylı seçki dairəsindən irəli sürülmüşdü. Elə oldu ki, seçkilərdə seçicilər ona yox, Nəsib Nəsibliyə səs verdilər. Həmin vaxt Xətaidəki dairələrin birindən Səməd Seyidov, birindən Hüseynbala Mirələmov, birindən İqbal Ağazadə, birindən də Nəsib Nəsibli deputat seçildi. 2010-cu ildə isə Əli Əlirzayev öz təşəbbüsü ilə yenə o dairədən namizədliyini irəli sürdü. Həmin vaxt isə oradan rəsmi qaydada YAP Gülər Əhmədovanın namizədliyini irəli sürmüşdü”.
S. Novruzov deyib ki, YAP həmişə öz qurucularına diqqət göstərir və lazımı dəstəyi verir: "2005-ci ildə YAP lazımı dəstəyi göstərdi, amma Əli Əlirzayev seçilmədi. Dünya praktikasında da belə təcrübə var ki, bir namizəd bir dairədən seçilmirsə, onun namizədliyi təkrar irəli sürülmür. Artıq burda seçicilərin münasibətindən söhbət gedir, yəni onu seçmədilər. Ona görə də burada partiyanı günahlandırmaq düzgün deyil. YAP araşdırma aparır, kimin seçicilər tərəfindən şansı böyükdürsə, onun namizədliyini dəstəkləyir. Ola bilər kiminsə titulu böyük olsun, amma seçici istəmir də onu...Seçicini məcbur eləmək olmaz axı. İkinci tərəfdən, hər bir vətəndaşın konstitusion hüququdur ki, namizədliyini irəli sürsün. Onun da namizədliyini vermək haqqı var və versin. Bundan başqa, YAP hələ siyahısını açıqlamayıb, bəlkə onun da adı var, niyə siyahı açıqlanmamış belə açıqlamalar verir? Deməli özünə arxayın deyil”.
YAP icra katibinin müavini deyib ki, YAP yarananda 550 nəfər üzvü olub, bu gün isə partiya üzvlərinin sayı 650 mindən artıqdır: "Partiyaya yeni nəsillər gəlir, YAP öz yerində dayana bilməz, inkişaf gedir. YAP bu gün regionun ən güclü partiyasıdır və həmişə islahatların, dəyişikliklərin tərəfdarıdır. Yeni gələnlərə yer verilir. Biz elə o 550 nəfərlə oturub qalsaydıq, partiyanın gələcəyi ola bilməzdi”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR